• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qidalar insan orqanizmini məhv edir - Siyahı

Bu qidalar insan orqanizmini məhv edir - Siyahı
30.08.2019 10:24
Damarları qocalana qədər sağlam və elastik saxlamaq üçün qidalanmadan bəzi qida məhsullarını xaric etmək lazımdır.

 
Anews.az xəbər verir ki, mütəxəssislər damarların sağlamlığına ən ciddi ziyan vuran məhsulların adlarını açıqlayıb.


1. Şəkər


Mütəxəssislərin fikrinə görə, şəkər damarların sağlamlığı üçün ən ziyanlı məhsuldur. Şəkər damarların daxili divarlarında xroniki iltihab yaradır ki, bu da aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə damarlar daralır, onların divarları zəifləyir, partlamaya meyilli olurlar. Damarın ürək və ya beyində partlaması infarkt və ya insulta səbəb olur.


2. Spirtli içkilər


Bir çox insan fikirləşir ki, spirtli içkilər damarlar üçün faydalıdır və hətta onları "təmizləyir”. Lakin bu yanlış fikirdir. Müasir araşdırmalar göstərir ki, insan üçün spirtli içkinin nəinki "faydalı”, hətta ziyansız miqdarı yoxdur (!). Alkoqol orqanizmin bütün hüceyrələrinə güclü toksiki təsir edən zəhərdir. Alkoloq qaraciyər, beyin, ürək, böyrəklər, digər orqanların və həmçinin damarların hüceyrələrini dağıdaraq müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmi zəiflədir və qocaldır.
 
3. Trans-yağlar


Bu maddələr marqarin, dükanlarda satılar hazır qidalar, şirniyyatlar, yarımfabrikatlar, fəst-fud, qızardılmış yeməklərin tərkibində var. Trans-yağlar damarların sağlamlığına ciddi ziyan vurur, damarları zəiflədir, aterosklerozun inkişafını tezləşdirir.


4. Kolbasa, sosis, vetçina və s.


Emal olunmuş ət qanda xolesterinin səviyyəsini artırır. "Artıq” xolesterin damarlarda yığılaraq onları daraldır, zəif və kövrək edir.
(sağlamolun.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol