• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu rayonlarında binalar söküləcək: Kompensasiya məbləği açıqlandı – ÜNVANLAR

Bakının bu rayonlarında binalar söküləcək: Kompensasiya məbləği açıqlandı – ÜNVANLAR
02.09.2019 17:13
Bakının altı rayonunda yerləşən və kəskin qəzalı vəziyyətdə olan 17 bina söküləcək. 

Anews.az xəbər verir ki, paytaxtda söküləcək qəzalı binalarla bağlı qərarı Bakı Şəhər İcra Hakimiyyəti verib. 

Kəskin qəzalı binalar Bakının Binəqədi, Yasamal, Səbail, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşir. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib.

Binəqədi rayonunda yerləşən iki ünvanda qəzalı vəziyyətdə olan binaların sakinlərinə 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə isə min manat ödənilməsi nəzərdə tutulub. Bu barədə BAKU.WS-ə Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib:

"Müvafiq komissiya tərəfindən verilmiş qərara görə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi 41 və Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı 2 girişli 5 mərtəbəli yataqxana tipli binalarda yaşayan sakinlərə, 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə min manat ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək. Prosesə iyul ayından başlanılıb. Hazırda vətəndaşlarla razılaşmalar aparılır. Bu ünvanlarda olan yataqxanalarda köçürülmə prosesinə başlanılıb. Bu günə qədər 90 mənzil sahibi ilə razılaşma əldə olunub. Onların 50 faizi yardım alıb, digərlərinin sənədləri ilə bağlı işlər aparılır. Həmin sakinlərin sənədlərinin öyrənilməsinə əlavə vaxt tələb olunduğundan, köçürülmə prosesi mərhələli şəkildə davam etdirələcək.”

Qeyd edək ki, Bakının 6 rayonunda yerləşən kəskin qəzalı vəziyyətdə olan və söküləcək binaların siyahısnı təqdim edirik:

BAKININ RAYONLARINDA SÖKÜLƏCƏK KƏSKİN QƏZALI BİNALAR

Binəqədi rayonu 

8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41,

Binəqədi rayonu 

Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A

Yasamal rayonu

M.A.Əliyev küçəsi 150

Səbail rayonu 

20-ci sahə, A.İsmayılov küçəsi 51

Sabunçu rayonu

Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

Sabunçu qəsəbəsi

A.Əsədullayev küçəsi 27

Sabunçu qəsəbəsi 

M.Rəsulzadə dalan 3, ev 2

Sabunçu qəsəbəsi

B.Bünyadov küçəsi, 7A

Sabunçu qəsəbəsi

2 Aprel küçəsi, ev 8A

Sabunçu qəsəbəsi

2 Aprel küçəsi-18

Sabunçu qəsəbəsi

D.Pişəvari küçəsi 13Q

Sabunçu qəsəbəsi 

D.Pişəvari küçəsi 15

Suraxanı rayonu 

Park küç-32

Suraxanı rayonu

S.Bəhlulzadə dön-17 ev- 15

Suraxanı rayonu

İ. Məmmədov küç. 6

Suraxanı rayonu

İ. Məmmədov küç-8

Xətai rayonu 

General Şıxlinski küçəsi 42



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol