• $
  • €
  • ₽
  • ₺
  • £

Kənddə yaşayan ər-arvad inəkləri satıb 15 ölkə gəzdilər

Kənddə yaşayan ər-arvad inəkləri satıb 15 ölkə gəzdilər
03.09.2019 21:05
Türkiyənin Şırnak şəhərində yaşayan ər-arvad səyahət planı üçün inəklərini satıb. Balverən kəndinin sakinləri bundan götürdükləri qazanc sayəsində Avropanın 15 ölkəsini gəziblər.
Bizimyol.info xəbər verir ki, Artuç ailəsi, beləcə, səyahət etdikləri ölkələrin sayını 25-ə çatdırıb. Son 10 ildə onlar Suriyada, İraqda, İranda, Ermənistanda, Gürcüstanda, Rusiyada, Kubada, Yaponiyada, Braziliyada və Qətərdə olmuşdular. İnəkləri satmaq Avropaya ayaq açmağa imkan verib. Ər-arvad Bolqarıstana, Serbiyaya, Macarıstana, Avstriyaya, Slovakiyaya, Çexiyaya, Almaniyaya, Hollandiyaya, İspaniyaya, İtaliyaya, Fransaya, Sloveniyaya, Xorvatiyaya, Makedoniyaya və Yunanıstana gedib.
Feyzullah Artuç deyir ki, bu dəfə tarixi yerləri görmək istəyirdilər. Bunun üçün 1500 km məsafə qət ediblər. Yerli geyimlərini, rəqslərini hətta Eyfel qülləsinin qarşısında da göstərməyə imkan tapıblar. Ətrafdakıların böyük marağına səbəb olublar.
Feyzullah heç bir xoşagəlməz hadisə ilə üzləşmədiklərini söyləyir. Avropada yaşayan türkiyəlilər onlara yalnız əl uzatmağa çalışıb: "Bizə hər şeydə yol göstərirdilər. Çox məmnun qaldıq”.
Artuç Avropada böyük mədəniyyət gördüklərini bildirir. "Mədəniyyət saçını bir tərəfə daramaq və ya yamaqlı şalvar geyinmək deyil”, – kəndli təəssüratını belə bölüşür. Feyzullah avropalıların xoşbəxt yaşadığını görüb: "Biz Türkiyədə küçə heyvanlarına təpik atırıq. Orada başqa şeylər gördüm. Heyvanlara baxışım dəyişdi”.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol