• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı yanğında bir ailə yanıb - Vəziyyətləri ağırdır

Bakıdakı yanğında bir ailə yanıb - Vəziyyətləri ağırdır
04.09.2019 13:04
Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğının səbəbi məlum olub.

Anews.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, sentyabrın 3-ü saat təqribən 23:30-da Nizami küçəsi, 32, mənzil 64A ünvanında qeydə alınan hadisə qaz sızması nəticəsində olub. Yanğından əvvəl partlayış baş verib.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Xəsarət alanlar ev sahibi 1957-ci il təvəllüdlü Xubanov Sabir Amid oğlu, həyat yoldaşı 1960-cı il təvəllüdlü Xubanova Zibeydə Süleyman qızı və oğlu 1982-ci il təvəllüdlü Anar Xubanovdur.

Zərərçəkənlərin vəziyyətinin ağır olduğu bildirilir.
Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumatda Nizami küçəsində baş verən yanğınla bağlı təcili yardıma müraciət edənin olmadığı bildirilib. Qeyd edilib ki, hadisə yerinə cəlb olunan təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol