• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu məşhur restorana qızla getsəniz depozit ödəməyəcəksiniz...

Bakıda bu məşhur restorana qızla getsəniz depozit ödəməyəcəksiniz...
04.09.2019 16:49
Bakıda məşhur "Paris Bistro" kafesində narazılıqla qarşılanan depozit ödənişi sistemi tətbiq edilib.

Bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar. Onların sözlərinə görə, bu sistem yalnız kafedə oturmaq istəyən bəylərə tətbiq olunur. 
"İki dostum ilə restoranda əyləşmək üçün içəri daxil oldum. Lakin ofisiant bizi qapıda qarşılayaraq, restoranda oturmaq üçün hər birimizin 25 manat ödəməli olduğumuzu dedi. Bunun yeni qayda olub-olmadığını soruşdum, cavab olaraq dedi ki, "xeyr, əvvəldən bizdə belə olub".

Daha sonra restoranın telefon nömrələrinə zəng etdim. Aydın oldu ki, oğlan olduğumuz üçün 25 manat depozit ödəməli imişik. Telefonda danışan şəxs dedi ki, hətta 10 nəfər kişi ilə bir nəfər qadın gəlsəydi depozit istənilməyəcəkdi”.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı "Paris Bistro” restoranı ilə əlaqə saxlayıb. 
Restorandan fakt təsdiqlənib, bildirilib ki, bu, restoranın daxili qaydasıdır: 
"Depozit restoranın terrasına tətbiq edilir. Əgər axşam 6-dan sonra üç nəfər bəy gələrsə, adambaşı 25 manat ödəməlidirlər".
Ümumiyyətlə depozit tələbinin qanuni olub-olmadığını öyrənmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. 

Onun sözlərinə görə, bu məsələ qanunvericilik üzrə tənzimlənməyib:
"Azərbaycan turizminin inkişafına ciddi maneçilik yaradan səbəblərdən biri də depozit məsələsidir. Heç bir ölkədə bu depozit məsələsi yoxdur. Dövlət orqanları bununla bağlı iş görməlidir. Necə ola bilər ki, yanında xanım olmayan oğlanlardan depozit alınır? Bu, insanlar arasında ayrı-seçkiliyin qoyulmasıdır. Eyni zamanda, turizm sahəsinə ciddi əngəllər yarada bilər. Bu məsələnin qarşısı tez bir zamanda alınmalıdır".

Turizm və otelçilik üzrə ekspert İldırım Musayev də Oxu.Az-a açıqlamasında bildirib ki, restoranlarda müştərilərdən əlavə depozitin alınması qeyri-qanunidir: 
"Bu, dövlətin qanunlarına riayət etməmək, ictimai iaşə qanunlarını və istehlakçıların hüquqlarını pozmaqdır. Dünyada qəbul olunan yeganə qanun var ki, o da müştərinin yalnız yediyi yeməyə görə ödəniş etməli olmasıdır. Heç bir ölkədə restoranlarda yalnız oğlanlardan depozitin alınması faktı yoxdur. Ümumiyyətlə, dünya praktikasında belə bir şey yoxdur. İnsanlar restorana istirahətə, yemək yeməyə görə gedir.
Çox vaxt restoran rəhbərinin öz işçilərinə inamı olmur. Bu cür qanunları da nəzarət üçün həyata keçirirlər. Amma bu addım düzgün deyil".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol