• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan etiraf: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir

Deputatdan etiraf: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir
07.09.2019 10:28
Son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlə bağlı həyacan təbili çalmaqdadır. Çünki insan sağlamlığı üçün ziyanlı olan elektron siqaretdən istifadə edənlərin sayı gündən-günə artır.

Artıq məsələnin ciddiliyini nəzərə alan bir çox ölkələr bununla bağlı müəyyən tədbirlər görməyə başlayıb. İlk olaraq ABŞ-ın Miçiqan ştatında elektron siqaretlərə qadağa qoyulub. Həmçinin, elektron siqaretlərin pərakəndə və onlayn satışına da altı ay müddətinə icazə verilməməsi ilə bağlı qərar qəbul edilib.
Azərbaycanda da elektron siqaretlərin qadağan edilməsi gündəmə gələ bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda elektron siqaretdən istifadə edənlər imkanlı, yuxarı təbəqənin adamları, özünü cəmiyyətdə göstərmək istəyənlərdir.

"Təəssüf ki, ölkəmizdə bu, dəb halını alıb. Amma yaxşı nümunə deyil. Azərbaycanda tütünün istifadəsini məhdudlaşdırmaq haqqında qəbul olunan qanunda elektron siqaretlər də adi siqaretlər və digər tütün məmulatları ilə bərabər tutulur.

Onların qapalı məkanlarda çəkilməsi qadağan edilib. Amma hələlik elektron siqaretin tam ləğvi gözlənilmir. Müəyyən maarifləndirmə işi aparıldıqdan sonra bu barədə danışmaq olar.

Etiraf etmək lazımdır ki, qəbul edilən qanun da tam gücü ilə işləmir. Kifayət qədər nəzarət yoxdur. Qanunun tam işləməsi üçün vaxt lazımdır".
Deputat deyib ki, hazırda elektron siqaret və sulu qəlyan Azərbaycanda çox geniş yayılıb.

"Elektron siqaretin tərkibində nikotinin olmadığını deyənlər yanılır. Alışqanlıq yaratması məhz tərkibində nikotinin olması ilə bağlıdır. Onun da yanma məhsulu digər tütün məmulatları kimi kanserogen maddələr, bu isə öz növbəsində insanlarda xərçəng, tənəffüs yolları xəstəlikləri yaradır".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol