• $
  • €
  • ₽
  • ₺
  • £

"Vəkillik məktəbi" kursunun məzunları imtahanda yüksək nəticə göstərdilər

"Vəkillik məktəbi" kursunun məzunları imtahanda yüksək nəticə göstərdilər
08.09.2019 15:08
Vəkillər Kollegiyasının təşəbbüsü ilə 20 saylı Vəkil Bürosu tərəfindən təşkil edilən hazırlıq kursunun məzunları bu gün keçirilən vəkilliyə qəbul üzrə yazılı test imtahanında iştirak ediblər.

E-huquq.az xəbər verir ki, "Vəkillik məktəbi" kursunun 10 nəfərdən ibarət ilk məzunları imtahanda yüksək nəticə göstərərək, növbəti mərhələyə keçiblər. 

Həmin şəxslər arasında əvvəllər imtahandan keçə bilməyən namizədlər də olub ki, məhz "Vəkillik məktəbi" kursları sayəsində bu uğuru əldə ediblər. 

Bütün bunlar 20 saylı Vəkil Bürosu tərəfindən təşkil edilən kursların tədris əhəmiyyətini bir daha nümayiş etdirir. 
Qeyd edək ki, tədris kurslarına 1 iyul 2019-cu il tarixdən başlanılıb. Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçirilir. "Vəkillik məktəbi" kursları aylıq 16 akademik dərs saatı və kompüter vasitəsilə sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə kompüter test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradır. 

"Vəkillik məktəbi" kursunun tədris proqramı vəkil statusu almaq istəyənlər üçün son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanmışdır. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər vəkillik və tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edir. Tədris materialları Vəkillər Kollegiyası Rəyasət Heyətinin təsdiq etdiyi yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılır. Tədris olunan mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaq. Tədris olunacaq əsas mövzu blokları: 

1.    Mülki hüquq; 2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ; 3. Mülki proses; 4. İnzibati proses; 5. Cinayət hüququ və cinayət prosesi; 6. Konstitusiya hüququ, beynəlxalq hüquq; 
Kursu bitirən şəxslərə ixtisas artımı barədə sertifikat verilir. Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçirilir. Cinayət hüququ, cinayət prosesi, inzibati hüququ - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti. Qədirov Asif Xanoğlan oğlu tədris edir.

Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49 telefon nömrələrinə və ya [email protected]çt ünvanına müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol