• $
  • €
  • ₽
  • ₺
  • £

298 nəfərin öldüyü qəzanın şahidi dindirib - FOTO

298 nəfərin öldüyü qəzanın şahidi dindirib - FOTO
08.09.2019 19:40
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bildirib ki, Malayziyanın MH17 reysi ilə uçan "Boeing” təyyarəsinin vurulmasının mümkün şahidi olan Vladimir Tsemax Rusiyaya göndərilməzdən əvvəl Hollandiya müstəntiqləri tərəfindən dindirilib.

Hollandiya hakimiyyəti onun ekstradisiyasının qarşısını almağa çalışıb. Vladimir Tsemax, Snejnoye şəhərinin hava hücumundan müdafiə qüvvələrinə komandanlıq edib. 2014-cü ildə Malayziyanın "Boeing” təyyarəsi bu şəhərin yaxınlığında vurulub.
 

 Vladimir Tsemax

Təyyarənin göyərtəsində 298 nəfər olub, onların hamısı həlak olub. Tsemax 2019-cu il iyunun sonlarında Ukrayna xüsusi xidmət orqanları tərəfindən qondarma "DNR” ərazisindən oğurlanıb.
O, şənbə günü Rusiya ilə Ukrayna arasında keçirilmiş əsirlərin dəyişdirilməsi prosesində Ukrayna tərəfindən Rusiyaya verilmiş 35 əsirin siyahısında olub. Ukrayna prezidenti Zelenski şənbə günü Kiyevin Borispol aeroportunda jurnalistlərə bildirib ki, Tsemax Rusiyaya verilməzdən əvvəl dindirilib: "Dindiriblər , özü də ki, yalnız qaytarılması ərəfəsində yox".
"Bütün istintaq hərəkətlərinin keçirilməsi üçün danışdığımız Avropa liderlərinin adlarını çəkməyəcəyəm. Bizdən nə xahiş olunmuşdusa hamısını yetrinə yetirdik. Çətin idi. Mən qorxurdum ki, buna görə mübadilə pozula bilər ", - Ukrayna prezidenti deyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol