• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda daha 2 nəfər qarayara xəstəliyinə yoluxub

Sabirabadda daha 2 nəfər qarayara xəstəliyinə yoluxub
09.09.2019 19:30
Sabirabadda daha iki nəfər qarayara xəstəliyinə yoluxub. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ət satışı ilə məşğul olan 2 nəfər Sabirabad rayonunun Qaragüney və Həşimxanlı kənd sakinləri qarayara xəstəliyinə yoluxublar.

AQTA-nın Salyan regional şöbəsindən faktı təsdiq etsələr də, təffərrüatlar barədə əlavə məlumat almaq mümkün olmayıb. Xəstəliyə yoluxan şəxslər Sabirabad rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə yerləşdiriliblər. Qaragüney kənd sakininin kəsdiyi heyvanda qarayara xəstəliyi aşkar edilib. Həmin heyvanın əti Şirvan şəhərində fəaliyyət götərən qəssablardan birinə satılıb. Qəssabın bildirdiyinə görə, ət sümükdən ayrılıb və hazırda hansı məqsədlər üçün istifadə olunduğu aydınlaşdırılır.

Faktla bağlı AQTA-nın Salyan regional şöbəsi tərəfindən araşdırmalar aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 34 və 26 yaşlarında 2 nəfər Sabirabad sakini rayon mərkəzi xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol