• $
  • €
  • ₽
  • ₺
  • £

Övladını "məktəbəhazırlıq qruplarına" yazdıran valideyinlər süni problemlərlə qarşılaşırlar?

Övladını "məktəbəhazırlıq qruplarına" yazdıran valideyinlər süni problemlərlə qarşılaşırlar?
16.09.2019 20:05
Bu günlərdə saytımıza daxil olan bir şikayətdə vətəndaş övladını məkətəbə hazırlıq qruplarına yazdırmaqda problemlər yaşadığını bildirib. 

Anews.az-a danışan şikayətçi deyir ki, o övladını məktəbəhazırlıq qruplarına elektron qaydada yazdırmaq üçün müraciət etsə də, əsassız olaraq problemlər yaşayıb.

"Mən anamın adına olan evdə qeydiyyatdayam. Anam isə atamla eyni soyadı daşımır. Biz isə atamın soyadını daşıyırıq. Övladımı məktəbəhazırlıq qruplarına yazdırmaq üçün elektron müraciət göndərdim, soyadı problem elədilər.  Nə qədər izah etməyə çalışsam da, müsbət cavab almadım”, - deyə şikayətçi bildirib. 

Məsələ ilə bağlı Bakı Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla danışdıq.

Məmmədovun sözlərinə görə, müraciət qaydası düzgün olmalıdır. 



"Nənə və ya babanın daimi qeydiyyatı deyil, valideynlərin  daimi qeydiyyatda olduğu ünvan əsas götürülür sistemdə. Odur ki, ata öz daimi qeydiyyat ünvanını daxil etsin sistemə və ona uyğun seçim etsin”,- deyə Bakı Təhsil İdarəsinin İctimayyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib.

Artıq bir neçə ildir ki, ölkəmizdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri keçirilir.
 
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.
 
Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.
 
Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

Həzi


 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol