• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dəhşətli qətlin təfərrüatı: Zorlamaya görə məhkum olunmuş qayınata gəlininə şər atmaq istədi

Bakıda dəhşətli qətlin təfərrüatı: Zorlamaya görə məhkum olunmuş qayınata gəlininə şər atmaq istədi
24.09.2019 17:17
Sentyabrın 23-də Xəzər rayonunun Binə kəndində vəhşicəsinə törədilən qətlin dəhşətli təfərrüatı məlum olub.

Anews.az xəbər verir ki, bu barədə Oxu.Az-a öldürülən 30 yaşlı Cəmilə Məhərrəmovanın yaxınları məlumat veriblər.

Xatırladaq ki, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov gəlini C.Məhərrəmovanı balta ilə qətlə yetirib. Kişi balta ilə bir neçə dəfə onun başından zərbə vurub.

F.Məhərrəmov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin dindirmə zamanı saxlanılan şəxs ailənin şərəf və ləyaqət məsələləri ilə əlaqədar yaranan münaqişə zamanı gəlinini qeyrət zəminində öldürdüyünü bildirib.

Qayınata qadını ərinə xəyanət etməkdə şübhəli bilsə də, buna dair dəlil yoxdur.

Ancaq öldürülmüş qadının yaxınlarının verdiyi məlumata görə, kişi yalan danışıb.

"Şübhəsiz ki, F.Məhərrəmovun şərəf və ləyaqətdən danışmağa haqqı yoxdur. Belə ki, o, çox yaxın qohumuna təcavüz etdiyinə görə Cinayət Məcəlləsinin 149-cu (Zorlama) maddəsi ilə 10 il həbsdə yatıb. Buna görə uşaqları ondan imtina ediblər. Ancaq sonra oğul böyük səhv etmiş atasını qəbul edib”, - deyə yaxınları bildirib.

Həmin dəhşətli faciənin mənzərəsi təkrar edilib. Aydın olub ki, cinayət azyaşlı uşaqların gözü önündə törədilib. Cinayəti törətməzdən əvvəl F.Məhərrəmov nəvələrinə dondurma alaraq onları otağa salıb və qapını bağlayıb. 

Bir müddət sonra uşaqlar analarının qışqırığına pəncərəyə qaçıblar və babalarının onu balta ilə necə vurduğunu görüblər. Onlar qışqırıb ağlamağa başlasalar da, babaları zərbə endirməyə davam edib.

Patoloanaloqlar qətlə yetirilmiş qadının cəsədində 12 yara izi olduğunu bildirib. Kişi zərbələri arxadan vurub. Cinayətdən sonra zərərçəkmişin böyük, 12 yaşlı oğlu evə gəlib.

Qohumlarının dediyinə görə, C.Məhərrəmova layaqətli qadın olub, uşaqlarına baxa bilmək üçün eyni vaxtda bir neçə yerdə işləyib. Onun həyat yoldaşı isə mal-qara saxlamaqla məşğul olub. Həyat yoldaşının qətli zamanı ər evdə olmayıb, mal-qaranı gətirmək üçün yarım saatlığa evdən gedibmiş.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol