• $
  • €
  • ₽
  • ₺
  • £

Bayılda neft buruqlarının mühərrikləri oğurlanıb

Bayılda neft buruqlarının mühərrikləri oğurlanıb
24.09.2019 19:00
Səbail rayonu Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrikləri oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərriyinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib.
İdarənin əməkdaşları tərəfindən dərhal "isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon skini Elnur Ağayev saxlanılıblar.

Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər. Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol