• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad
03.10.2019 21:00
Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri əhali arasında tibbi maarifləndirmənin və ya həm maarifləndirmə, həm də maariflənmənin zəifliyidir.
Trend-in məlumatına görə, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sağlamlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda insanlar özləri könüllü şəkildə tibbi maariflənməyə çox meyilli deyillər.
Deputat hesab edir ki, maarifləndirmə işini üzərinə götürən qurumlar da bu istiqamətdə yetərli qədər fəal deyillər. Ona görə də həmin qurumların fəallığının artmasına ehtiyac var.

Q.Paşayeva əlavə edib ki, tibbi maarifləndirmənin zəifliyinin çox ciddi fəsadları var və bunlar nəticə olaraq qarşımıza çıxır: "Bu hallar gənclərimizin də arasında var. Onlar günün bir saatını lazımsız, onun həyatı üçün önəmli olmayan teleseriala baxmağa həsr edirlər. Yaxud hansı müğənni nə dedi, nə geyindi, hansı maşını sürdü - bu kimi verilişlərə 1-1,5 saat zaman ayırırlar. Bunu hətta savadlı, universitet təhsili olan gənclərimiz belə edirlər. Amma onlar gün ərzində yarım saat, həftədə heç olmasa, 1 saat ərzində sağlamlıqla bağlı nə isə oxumur. Buna görə də maarifləndirmə işləri genişləndirilməli, bunu həyata keçirən qurumlar öz fəallıqlarını ciddi şəkildə artırmalıdırlar".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol