• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox sərxoş şəxslər bu rayonlardadır

Ən çox sərxoş şəxslər bu rayonlardadır
28.05.2020 17:57
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan ölür.
 
Oxu.az xəbər verir ki, bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqol istifadəsi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) spirtli içkilərə həddən artıq aludəçiliyin 200-dən çox xəstəliyin yaranmasına şərait yaratdığını açıqlayıb. Ürək-damar xəstəliklərinin 25 faizi alkoqolizmdən yaranır.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin Baş həkimi Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, mərkəzə spirtli içki zəhərlənməsi ilə bağlı olaraq il ərzində 45-60 şəxs müraciət edir:

"Müraciət edənlər, əsasən, gənclərdir. Belə ki, 25-35 yaş arası şəxslər üstünlük təşkil edir. Xanımlar daha çox sərxoşluqla bağlı müraciət edir.



Müraciətlər daha çox gecələr sərxoşluqla əlaqədar olur. Vəziyyətləri elə də ağır olmur. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar.

Adətən, sərxoş şəxslər Səbail, Nərimanov və Nəsimi rayonlarında yerləşən ərazilərdən gətirilir”.

Baş həkim müraciət edənlər arasında xarici vətəndaşların da olduğunu əlavə edib:

"Ərəblər və digər ölkələrdən gələn şəxslərin müraciəti çox az olur. Onlar, əsasən, sərxoşluqla bağlı gətirilir”.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol