• $
  • €
  • ₽
  • ₺
  • £

3 uşaq anası: “Bir gündə cibimə 15-20 min dollar qoydu” - VİDEO

3 uşaq anası: “Bir gündə cibimə 15-20 min dollar qoydu” - VİDEO
07.10.2019 14:07
ARB TV-nin "Rezonans” proqramında bu dəfə Gürcüstan vətəndaşı, məhkum Qvantsa Sulanadze həyatından danışılıb.

Anews.az xəbər verir ki, 9 il azadlıqdan məhrum edilən Qvantsa Sulanadze daha çox qazanmaq istəyindən pis yolda düşdüyünü bildirib.

"Gürcüstanda Kutaysidə yaşıyıram. 3 azyaşlı uşağım var, yoldaşım rəhmətə gedib. Hər insanın həyatında çətinlik olur. İndi dostluq etmək kontrakt bağlamaq kimi bir şeydir.

Gözləyirdik, evin yiyəsi çıxırdı, adətən saat neçədə çıxır, müşahidə edirdik ki, neçə nəfərdir.

Bəzən isə içəridə kiminsə qaldığını bilmirdik, çox böyük risk alırdıq. Elə olurdu ki, ya heç nə olmurdu, ya da yaxşı olurdu. 25, 30...

Ancaq qızıl götürürdük, başqa əşyalara əl vurmurduq. 3 nəfər idik, böləndə hərəyə 10, 12 min düşürdü. İnsan yaşadığı yerdən oğurluq etməz, ona görə də biz Gürcüstandan oğurluq etmirdik.

Mən məcbur deyildim, elə çətin vəziyyətdə də deyildim ki, oğurluq edim.


Oğurluq etməsəm də o uşaqları böyüdə bilərdim, arxamda dağ kimi atam var idi. Onların xəbəri yox idi mən bu işlə məşğulam.

Sadəcə 1 ayın içində yaxşı işləyəndə 1000-800 lari qazanırdım, amma mənim cinayət ortaqlarım bir gündə cibimə 15-20 min dollar qoydu.

Eyni şeylərdən yorulmuşdum. Cinayət ortaqlarım kameraya düşmüşdülər. İnanmırdım ki, məni tutacaqlar. O an özümü hansısa kinoda rol almış bir aktrisa kimi hiss etdim. Mənə 9 il verdilər.

Yanıma atam və anam gəlirdi. Anam onkoloji xəstə idi, sonuncu dəfə yanıma gəldi və sonra öldü. İki övladım əkizdir, biri qız, biri oğlan. 14 yaşları var, balacanın isə 7 yaşı var. Oğlum həbsdə olduğumu bilir, amma o biriləri bilmir.

Həftədə bir dəfə telefonla danışıram. İlk vaxtlar gülürdüm, özümə də maraqlı idi. Hardasa özümə yazığım gəlirdi.

Niyə? Normal həyatdan düşürsən palçığın içərisinə. Bura düşmək çox asandır, amma çıxmaq çox çətindir.

Azadlığa heç 15 metr yoxdur, amma yollarını gözləyirsən”, - deyə Qvantsa Sulanadze bildirib.(Baku.ws)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol