• $
  • €
  • ₽
  • ₺
  • £

14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə göndərən ana ilə bağlı məhkəmə qərarı

14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə göndərən ana ilə bağlı məhkəmə qərarı
10.10.2019 16:42
Bakıda 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Anews.az "unikal.org”a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qeyd edilib ki, qadın kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə Z.Bayramovanın müraciətini təmin edib.

İttihama görə, Bakıda evli olan Z.Bayramova onunla birgə ittiham edilən İsaməddin Hacatovla sevgili olub.

Məhkəmədə ifadə verən qadın bildirib ki, İsaməddin ona zəng edib, telefonda böyük qızının bədən quruluşundan xoşu gəldiyini deyib:

"Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Söylədim, belə şey edə bilmərəm.

Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım.

3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu.


Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi.

Videonu çəkib İsaməddinə atdım".

Z.Bayramova qeyd edib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub: "Dəfələrdə dedim, istəmirəm.

Məni döyürdü. Axırda bir təhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi. Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb.

Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər".

Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ittiham verilib. İ.Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İ.Hacıyev 13 il, Z.Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdəm narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Daha sonra qadın kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol