• $
  • €
  • ₽
  • ₺
  • £

Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar gəlir

Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar gəlir
13.10.2019 13:11
"Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir".

Anews.az xəbər verir ki, bu sözləri Lent.az -a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu ilin yanavar-avqust aylarında idxalın iki dəfə artması da məhz köhnə avtomobillərin tədricən istismardan çıxması ilə bağlıdır:

"İdxalın artmasının əsas səbəbi köhnə maşınların tezliklə sıradan çıxarılmasının gündəmdə olmasıdır. Çünki artıq bunula bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqram da təsdiqlənib. Buna əsasən yaxın vaxtlarda bu utilizasiya proqramı həyata keçiriləcək. Artıq insanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır.


Qeyd etmək istəyirəm ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə, artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır. Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir. Məsələn, Çin və Koreya istehsalı olan avtomobillərə taksi şirkətləri daha çox üstünlük verirlər. Mühərrikin həcmi az, ancaq təzə olduğu üçün insanlar artıq onlara keçid edirlər.

İdxaldakı artım bunlarla bağlıdır. Avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir”.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 26 695 avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Gətirilənlərin 24 088-i minik avtomobilidir. Bu rəqəm də 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə iki dəfə çoxdur. İdxal məbləğinə gəldikdə, həm avtomobillər, həm də ehtiyat hissələri üçün sərf olunan pul 749.131 milyon manatdır. Bu isə ötən ilin anoloji dövrünə nisbətən 35.3 faiz çoxdur.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol