• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü
14.10.2019 09:37
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə aınıb.

Füzuli rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəfər Qənimət oğlu idarə etdiyi "Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən "Mersedes” markalı minik avtomobilinin üzərinə aşıb.

Qəza nəticəsində "Kamaz”ın sürücüsü və "Mersedes”də olan Hacıqabulun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Ağasi Cavad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar saat 19:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

"Kamaz”ın sürücüsü ağır kəllə-beyin travması aldığından reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan isə ilk yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Həkimlərin səyinə baxmayaraq, gecə saatlarında Q.Hüseynov xəstəxanada dünyasını dəyişib.
Bundan qəzəblənən mərhumun yaxınları ikisi qadın, dördü kişi olmaqla həkim və tibb bacılarına hücum ediblər. Reanimasiya şöbəsinin pəncərələri sındırılıb.
Xəstəxananın tarvmatologiya şöbəsinin müdiri həkim Şəmsi Əhmədov döyülərək müxtəif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə polis əməkdaşlarının gəlişindən sonra insident sakitləşib.
Faktla bağlı araşdırma aparılır

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol