• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi

Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi
15.10.2019 14:41
Bakıda saxta spirtli içkilər hazırlayan "Beluqa Tahir" və mütəşəkkil dəstəsi ifşa edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.



Tədbir nəticəsində müəyyən olunub ki, "Beluqa Tahir" ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan "Beluqa", "Stoliçnaya", "Nemiroff", "Russkiy Standard" araqlarının, "Jack Daniels", "Chivas" viskilərinin, "Omega", "Patron" tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.


Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən Tahir Həziyevə məxsus gizli sexə, dəstə üzvləri Elşən Səfərova məxsus Sabunçu rayonunun Buzovna qəsəbəsində və qardaşı Elnur Səfərova məxsus Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən anbarlara, Əliağa Əhmədova məxsus Nərimanov rayonunda yerləşən gizli saxlanc yerinə, eləcə də Afəddin Yunisova məxsus spirtli içkilərin topdansatış mərkəzinə baxış keçirilən zaman satış üçün hazırlanmış ümumilikdə 6114 ədəd saxta spirtli içk, mənşəyi məlum olmayan 1 tona yaxın spirt, 100.000 ədəddən çox saxta aksiz markası, saxta spirtli içkilər üçün nəzərdə tutulan 31200 ədəd müxtəlif əmtəə nişanlı etiket və saxta spirtli içkilərin hazırlanması üçün kustar üsulla düzəldilən xüsusi elektron avadanlıqlar aşkar olunaraq götürülüb.


Qeyd edək ki, dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar.


Araşdırma zamanı mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyən edilib. Həmin şadlıq evləri sahibərinin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib və əldə olunan rəyə əsasən bu məhsulların toksikoloji normalara cavab vermədiyi və qeyd olunan içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyiolduğu müəyyən edilib.


Saxta və insan sağlamlığı üçün təhlükəli olan spirtli içkiləri hazırlayan dəstə üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol