• $
  • €
  • ₽
  • ₺
  • £

İçkili olanlar oxusun - Ayılmaq üçün bunları edin

İçkili olanlar oxusun - Ayılmaq üçün bunları edin
15.10.2019 22:22
Qonaqlıqda, əyləncədə çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətindir. "Poxmel" insan sanki bütün gününü boşuna sərf etmiş olur. Başı ağırıyır, halsız olur, özünü pis hiss edir.
Anews.az medicina.az-a istinadən bildirir ki, əgər siz də içkidən ayıla bilməmisinizsə, Bunları etməyiniz məsləhətdir.
- Baş ağrısını, bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün az duzlu sodalı ayran içə bilərsiniz. Böyük bir stəkanın yarısını az duzlu ayran, yarısını mədən sodası ilə doldurun və yavaş-yavaş qarışdırın. Bədəndəki mineral itkisinin qarşısını bu şəkildə ala və özünüzü daha gümrah hiss edə bilərsiniz.
- Çoxlu su için. Spirt bədəni qurutduğu üçün bol maye qəbul etmək lazımdır. Axşam hər qədəhdən sonra bir stəkan, ertəsi gün isə 2, ya 3 litr su qəbul edin. Hindistan qozu suyu da "poxmel" olanlar üçün çox uyğundur. Suyunuza bir az dəniz duzu və limon da əlavə edə bilərsiniz. Yaşıl meyvə və tərəvəzlərin suyu da elektrolit tərkibli olduğu üçün tövsiyə edilir.
- Gün ərzində qəhvə və qara çay əvəzinə bitki çayları içərək, günü daha rahat keçirə bilərsiniz.
- Spirtli içki içmədən əvvəl bir qaşıq zeytun yağı içsəniz spirt qanınıza daha az qarışacaq.
- Spirtli içki içmədən əvvəl yemək yeyin. Mədə boş olmamalıdır. Spirtli içkidən əvvəl qəhvə içmək olmaz. Qaraciyəri yükləyərək, özünüzü daha pis hiss etmənizə səbəb olar.
- Bütün günü yataqda keçirməyin. Bu, özünüzü daha halsız və yorğun hiss etmənizə səbəb olacaq. Piyada gəzin, təmiz hava alın.
- Səhər yuxudan oyananda yüngül bir nahar edin. Ağır nahar sizi daha çox yorar.
- Səhər naharında təzə sıxılmış portağal suyu içmək sizə gümrahlıq verər.

- Gün ərzində mütləq portağal, qreypfrut, naringi kimi C vitamini ilə zəngin meyvələr yeyin.
- B vitamini qəbul edin. Spirt bədəndəki vitaminləri öldürür. B vitamini qaraciyər yolları üçün fayalıdır. Ertəsi gün B vitamin kompleksi qəbul etməniz faydalı olacaq.
- Bir çox insan "poxmel" olduğu üçün ertəsi gün daha çox hamburger, "fast food"lar yeyir. Ancaq bu, yanlışdır. Daha sağlam qidalanın, səhər yeməyi üçün yumurta, avokado, ispanaq yeyin.
- Brokoli, kələm, brüssel kələmi yeyin. Limon və dəniz duzu səpilmiş rəndələnmiş kök də qaraciyərə faydalıdır.
- Tərləyin. Ertəsi gün yüksək tempdə idman edərək tər tökün. Yoqa da axşamdan "poxmel" qalanlara faydalıdır.
- Ayılmaq üçün üzmək də ən yaxşı vasitələrdən hesab edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol