• $
  • €
  • ₽
  • ₺
  • £

“Ded Xasan”ın qətlinin üstü açılır - Sifarişçi məlum oldu...

“Ded Xasan”ın qətlinin üstü açılır - Sifarişçi məlum oldu...
20.10.2019 18:21
Sağ ikən kriminal aləmin "xaç atası" sayılan "Ded Xasan" ləqəbli Aslan Usoyanın qətlinin üstünü Rusiya İstintaq Komitəsi tərəfindən demək olar ki, tamamilə açılıb.
Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Rosbalt" nəşri məlumat yayıb. Məlumata görə, qətlin sifarişçisi "Ded Xasan"ın qatı düşməni hesab edilən  "Merab Suximski" ləqəbli qanuni oğru Merab Djanqveladzedir. Bu, telefon dinləmələri zamanlı da öz təsdiqini tapıb.

Belə ki, "Merab Suximski"nin İtaliyada yaşadığı dövrdə Rusiya həbsxanasında cəza çəkən "Taro" ləqəbli qanuni oğru Tariel Oniani ilə danışıqları aşkarlanıb. Birincisi "Ded Xasan" a qarşı olmasından danışıb, ikincisi isə "onu ləğv edib, bütün problemlər yox olacaq" cavabı verib. Qeyd olunur ki, bundan sonra "Merab Suximski" kriminal aləmin kralına qarşı sui-qəsdin təşkili ilə məşğul olub.

Nəşr əlavə edir ki, "Ded Xasan"ın qətlinin sifarişçisinin kimliyi Taqansk cinayətkar qruplaşmasının fəaliyyətini  araşdırarkən üzə çıxıb. Məlum olub ki, mafiozun qətlə yetirildiyi odlu silah məhz onlara məxsus imiş. Həmin silahla 2009-cu ildə "Skif" ləqəbli qanuni oğru Andrey Qolubev qətlə yetirilib.
İstintaq zamanı məlum olub ki, mütəşəkkil dəstənin lideri İqor Jirnokleyev çox qənaətcil adam olub. Belə ki, qətldən sonra silahı atmamağı, növbəti cinayətə qədər gizlətməyi tapşırıb.

2010-cu ilin payızında "Jirnıy" dəstə üzvlərinə "Ded Xasan"ı güdməyi tapşırıb və bunun üçün onları silahla təchiz edib. Bir müddət sonra kriminal aləmin "xaç atası" killer tərəfindən ağır yaralanıb, amma sağ qalıb. 2012-ci ildə tarix bir daha təkrarlanıb. "Ded Xasan" dəstə üzvləri tərəfindən yenidən izlənilib.İstintaq aydınlaşdıb ki, killer məhz bu əməliyyatı həyata keçirmək üçün xüsusi olaraq Ukraynadan Moskvaya gəlib.
Qeyd edək ki, Aslan Usoyan 2013-cü ilin yanvarında baş nahiyəsindən aldığı güllə yarasından xəstəxanada vəfat edib. Xatırladaq ki, "Ded xaşan"ın kriminal dünyasına təsiri keçmiş postsovet məkanı ölkələrinə və Qərbi Avropanın bir hissəsinə yayılmışdı. Bəzi məlumatlara görə, o Qafqaz cinayətkar qruplaşmalarının rəhbərlik edib, ən nüfuzlu kriminal liderlərdən və Rusiyanın qanuni oğrularından biri olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol