• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il narkotiklərlə mübarizə sahəsində 3660 fakt aşkar edilib

Bu il narkotiklərlə mübarizə sahəsində 3660 fakt aşkar edilib
21.10.2019 22:00
Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3660 fakt aşkar edilib. 

Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Onlardan 1071-i narkotik vasitələrin qanunsuz satışı, 2290-ı qanunsuz əldə edilib saxlanılması, 261-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 38-i isə digər cinayətlərlə bağlı olub.

Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 974 kq 622 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 247 min 964 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bundan əlavə, 369 kq 500 qr prekursorlar, 236,2 qr güclü təsir edən maddə, 12 kq  500 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 685 kq 111 qramını marixuana (34,6%), 247 kq 532,6 qramını tiryək (12,5%), 813 kq 888 qramını heroin (41,2%), 1 kq 433,1 qramını həşiş (1,0%), 4 kq 009,185 qramını kokain (0,2%), 202 kq 647,6 qramını psixotrop maddələr və digərləri (10,2%) təşkil edib.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2401 hektar 288 sot ərazi üzrə 126 ton 844,9 kq (247 min 964 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol