• $
  • €
  • ₽
  • ₺
  • £

Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - TAM SİYAHI

Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - TAM SİYAHI
23.10.2019 11:59
Xəbər verdiyimiz kimi, ötən gün baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa veriblər.

İstefa ərizələrini Prezident İlham Əliyevə təqdim edən zaman ölkə başçısı bildirib ki, sizin bu addımınız ümid edirəm iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacaq.

Anews.az xəbər verir ki, əksər ekspertər Prezidentin bu açıqlamasından sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyini bildirirlər.

Hazırda mərkəzi icra hakimiyyəti orqanlarına - nazirliklərə rəhbərlik edənlər arasında pensiya yaşına çatan yalnız bir nəfər (Səhiyyə naziri Oktay Şirəliyev, 69 yaş) olduğu halda,  yerli icra hakimiyyəti orqanların rəhbərləri arasında penisya yaşını ötənlərin sayı çoxdur.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 64 il 6 ay, qadınlar üçün 61 il 6 aydır.

Məsələnin aktuallığnı nəzərə alaraq penisya yaşına çatan şəhər və rayon icra hakimiyyəti başçılarını təqdim edirlər:

1.  Şəmsəddin Xanbabayev - Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı - 80 yaş
2.  Mübariz Əhmədzadə - Zaqatala rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
3.  Alı Qocayev - Samux rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş
4.  Məmməd Məmmədov - Tovuz rayon İcra Hakimiyyətinin başçısı - 70 yaş
5.  Mirdaməd Sadıqov - İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş
6. Bayram Səfərov - Şuşa rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş
7.  Əhməd Muxtarov -  Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı - 68 yaş
8. Adil Məmmədov - Qobustan rayon İcra Hakimiyyətinin başçısı - 67 yaş
9. Şahmar Usubov -  Xocalı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
10. Malik İsaqov  - Qubadlı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
11. Rafil Hüseynov - Masallı rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş
12.  Zakir Fərəcov  - Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı - 65 yaş
13. Nizaməddin Quliyev - Ağstafa rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
14.  Alı Alıyev - Füzuli rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş
15.  Novruz Novruzov - Siyəzən rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş (Yeniavaz.com)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol