• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur

Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur
24.10.2019 10:31
Kompüter texnologiyalarının sürətli inkişafı və internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ünsiyyət, inkişaf, insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük imkanlar açır. Lakin internet yalnız imkanlar toplusu deyil, həm də təhlükə mənbəyidir. Bu gün yüz milyonlarla insan internet istifadəçisidir ki, onların da böyük qismi ümumdünya "hörümçək torunun” təhlükələrindən xəbərdar olmayan uşaqlardır. Belə olan halda "kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunun əhəmiyyəti artmağa başlayır. Kiber təhlükələrin qarşısının alınmasında əsas vasitələrdən biri gənc nəslin bu təhlükələrlə bağlı vaxtında məlumatlandırılması, insanlar və əşyaların İnternet vasitəsilə bağlandığı yeni rəqəmsal dövrə hazırlanmasıdır.

Mövzunun aktuallığını nəzərə alaraq, 23 oktyabr tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, şəbəkə texnologiyaları sahəsində dünya lideri olan "Cisco”  şirkəti və ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə məktəblərdə internetdə təhlükəsiz davranışla bağlı sosial maarifləndirici layihə keçirilib. Layihə əsnasında, "Giving Back” sosial proqramı çərçivəsində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər edən "Cisco” əməkdaşları Bakının on orta məktəbində eyni anda 3-5-ci sinif şagirdləri üçün məlumatlandırıcı sessiyalar keçirib. Proqramın məqsədi gənc iştirakçılara və beynəlxalq şəbəkə istifadəçilərinə İnternet məkanında mövcud olan risklərlə yanaşı, mümkün təhlükələrdən qorunma yolları və arzuolunmaz nəticələrin qarşısının alınması barədə məlumat verməkdir.

Qeyd edək ki, kibertəhlükəsizlik mövzusuna öz korporativ sosial məsuliyyət proqramlarında xüsusi diqqət ayıran layihənin rəqəmsal tərəfdaşı Azercell bu təşəbbüsü dəstəkləyərək, orta məktəblərə aylıq 10 GB internet paketli MiFi modemləri, şagirdlərə isə müxtəlif hədiyyələr təqdim edib.

Xatırladaq ki, Azercell şirkəti,  2016-ci ildə İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün "Universal Mühafizə", "Android üçün Müdafiə" və "Valideyn Nəzarəti" xidmətlərini özündə cəmləyən "Azercell Plus Təhlükəsizlik" proqramını istifadəyə verib. Həmçinin Azercell 2018-ci ildən etibarən Bakıda və bölgələrdə uşaqlar, valideynlər və müəllimlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirir.
 






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol