• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslar qış rejiminə keçir

Avtobuslar qış rejiminə keçir
24.10.2019 12:16
Avtobuslar qış rejiminə hazırlıq üçün qarajlarda xüsusi nəzarətdən keçəcək.

Bu barədə Anews.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib. Bldirilib ki, oktyabr ayının 25-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıq verilib:
"Prosesə ümumi nəzarət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əməkdaşlarının və daşıyıcı şirkət nümayəndələrinin monitorinq qrupunun iştirakı ilə təmin ediləcək. Gecə reyslərinin bərpası ilə bağlı bu il qış rejiminə keçidə ötən illə müqayisədə daha erkən start verilib".

Məlumatda deyilir ki, ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var:
"Monitorinqlər noyabr ayının ortalarına qədər davam edəcək. İlkin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində problemlər aşkar olunub. Bu çatışmazlıqların noyabr ayına qədər aradan qaldırılması üçün hazırda bu istiqamətdə xüsusi tədbirlər həyata keçirilir.

Soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılıb. Təlimatların aparılmasında əsas məqsəd sürücülərə çətin şəraitdə və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol