• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun nəvəsinin törətdiyi qəzanın görüntüləri - VİDEO

Əli Həsənovun nəvəsinin törətdiyi qəzanın görüntüləri - VİDEO
26.10.2019 12:59
Baş nazirin keçmiş müavini Əli Həsənovun ögey nəvəsi İlkin Əliyevin törətdiyi və ölümlə nəticələnən ağır qəzanın videogörüntüsü yayılıb.

Anews.az xəbər verir ki, oktyabrın 24-də Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşlarının ilkin rəyinə görə qəzaya yüksək sürət səbəb olub. Avtomobili saatda təxminən 170-180 kilometr sürətlə idarə edən İlkin Əliyev idarəetməni itirib.
Qeyd edilir ki, İlkin Əliyev Baş Nazirin sabiq müavini Əli Həsənovun ögey nəvəsidir. Belə ki, İ. Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.
Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsini icra edir. Buna qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini olub.
Xatırladaq ki, 2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu.
Məlumatı Bizimyol.info saytı yayıb

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol