• $
  • €
  • ₽
  • ₺
  • £

“Öz ərizəmlə işdən çıxmışam, yenə məndən əl çəkmirlər” - Əli Həsənov

“Öz ərizəmlə işdən çıxmışam, yenə məndən əl çəkmirlər” - Əli Həsənov
27.10.2019 09:48
Baş Nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. Oktyabrın 24-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.
Məlumata görə, qəza törədən şəxs Əli Həsənovun ögey nəvəsidir. Sayt iddia edir ki, İlkin Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun xanımının birinci nikahından olan oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.
Anews.az xəbər verir ki, musavat.com-a danışan Əli Həsənov sözügedən xəbərə münasibət bildirib.
Ə.Həsənov xəbərin ona və ailəsinə aid hissəsinin yalan olduğunu deyib: "Mənim və ailəmin İlkin Əliyev ad-soyadlı şəxslə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə yalandır, böhtandır. Bunu qətiyyətlə təkzib edirəm. Oğlumun guya ögey övladının olması və həmin gəncin də yol-nəqliyyat hadisəsi törətməsi barədə xəbərin yazılmasını sifariş hesab edirəm".

Baş nazirin sabiq müavini daha sonra deyib: "Cənab Prezident oktyabrın 18-də keçirdiyi müşavirədə bəzi məmurları mətbuata sifarişli və qərəzli məlumatlar ötürməkdə ittiham etdi. Cənab İlham Əliyev dedi ki, bəzi vəzifəli şəxslər digər məmurları gözdən salmaq və onların imicini zədələmək üçün mətbuatda yalan, böhtan xarakterli xəbərlər yayırlar. Ölkə başçısı bu fəaliyyəti şantaj adlandırdı. Görünür, bəziləri ölkə başçısının bu iradını hələ də nəzərə almaq istəmir. Öz ərizəmlə vəzifədən çıxmışam, amma baxıram yenə də məndən əl çəkmirlər. Cənab Prezidentin məni qəbul edərkən ünvanıma dediyi o səmimi və isti sözləri, belə çıxır, bəzi məmurlar sinirə, həzm edə bilmirlər. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bu adamlara üzümü tutub deyirəm ki, belə ucuz və zərərli fəaliyyətdən əl çəksinlər. Bu işlər sonda onların özləri üçün başağrısına çevriləcək".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol