• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik naziri ittiham etdi: Sahil Babayev həddini aşır, ölkədə böyük narazılıq yaradır

Polkovnik naziri ittiham etdi: Sahil Babayev həddini aşır, ölkədə böyük narazılıq yaradır
27.10.2019 12:31
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hərbi qulluqçuların pensiyalarına əlavələrin verilməməsi ilə bağlı növbəti müraciətini yayıb.

Reyting.az xəbər verir ki, hərbi ekspert yaranan problemlə bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi ittiham edir.

Ü. Cəfərovun sosial şəbəkədə yaydığı müraciətini təqdim edirik:

"Ölkədə ən böyük narazılıq yaradan və altdan-altdan öz irsi köklərinə bağlı olduğunu sübut edən Sahil Babayev adlı nazir deyəsən, yavaş-yavaş həddini aşır. Onun keçən həftələrdə dövlət başçısına şikayətlənməsi və özündə hardasa bir qədər arxayınlıq yaratması deyəsən, çox böyük toqquşmalara səbəb olacaq. Bu adam hələ də öz vəzifəsinin məsuliyyətini dərindən anlamır”.

Polkovnik Cəfərov Ali Baş Komandan cənab İlham Əliyevə yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin güc strukturlarının yüz minlərlə pensiya və təqaüdçüsünü ələ salması, onların halal maliyyə vəsaitlərini verməyi bilərəkdən yubatması sabotaj və təxribatdır:

"Hərçənd ki, Sizə bir çox hallarda yalan rəqəmlər və məlumatlar çatdırırlar. Sahil Babayev isə Sizə qarşı ən böyük narazılıq və inamsızlıq yaratmağa çalışan şəxslərdən biri və bəlkə də birincisidir. Onu nazirlikdən uzaqlaşdırın. Bu cavan oğlan yalan (S. Babayevi nəzərdə tutur - red.) danışmaqla, "risovkalıq” etməklə işini bitmiş sayır.

Siz necə istəyirsiniz, elə də qəbul edin. Ölkədəki narazılıqların xeyli hissəsini Sahil Babayev yaradıb və yaradır. Çox təəssüflənirəm ki, Baş prokuror və Hərbi prokuror bu məsələdə seyrçi mövqe tutur, passivlik və qorxaqlıq nümayiş etdirirlər”.


Ü. Cəfərov

Hərbi ekspert bildirir ki, yüz minlərlə insan, onların ailə üzvləri də Sahil Babayevin fəaliyyətindən narazıların siyahısına əlavə olunarsa, çox böyük rəqəm alınar: "Bilərəkdən, ya bilməyərəkdən onları narazı salmaq isə harınlıq və düşmənin maraqlarına xidmət etmək kimi başa düşülməlidir. Mən bunu belə qəbul edirəm”,- deyə Ü. Cəfərov müraciətində bildirir.

Polkovnik Cəfərov həm öz adından, həm də Silahlı Qüvvələrin ehtiyatda və istefada olan şəxsi heyəti adından Ali Baş Komandandan xahiş edir ki, nazir Sahil Babayev və digər məmurlarla bağlı verilən məlumatlara inanmasın: "Onlar utanmadan Sizi aldadırlar. Çoxsaylı faktlardan biri budur: güc strukturlarında çalışmış şəxslərin pensiya və təqaüdləri verilmir”.

Reyting.az həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həm də cənab Sahil Babayevin məsələyə münasibətinə hörmətlə yanaşır, onların da fikirlərinə yer ayırmağa hazırdır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol