• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ qorxu içində: “YPG artıq böyük təhlükə mənbəyidir...”

ABŞ qorxu içində: “YPG artıq böyük təhlükə mənbəyidir...”
27.10.2019 17:14
ABŞ-ın milli təhlükəsizlik qüvvələri Suriyada Əsədlə anlaşan terror qruplaşması YPG-nin CEBTCOM və ABŞ-ın xüsusi xidmət orqanlarından əldə etdiyi məlumatları Əsəd rejimi və Rusiya ilə paylaşmasını "böyük problem” olaraq görür.

ABŞ xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan "Military Times" saytı ABŞ kəşfiyyatının Suriyada bu günə qədər Pentaqonun Yaxın Şərqdə CENTCOM, Xüsusi Təyinatlılar və FTB ilə əməkdaşlıq edən terror qruplaşması PYD/SDG-nin Əsəd rejimi və Rusiya ilə anlaşmasından sonra "sirlərin paylaşılması təhlükəsi” olduğunu yazıb.
Xəbərdə YPG/SDG-nin Moskvadan dəstək alan Suriya hökuməti ilə anlaşmasına işarə edilərək, ABŞ-ın 7 il boyunca terror qruplaşmasını təkmilləşdirdiyi, silah və maliyyə yardımı edərək, nizami ordu yartdığı qeyd edilib. Bundan başqa yazıda bildirilir ki, bu zaman ərzində qruplaşma üzvləri ABŞ milli təhlükəsizliyinə dair bir çox məlumatlar əldə ediblər.
Məqalədə Türkiyənin "Barış Pınarı” adlı anti-terror əməliyyatından sonra YPG/SDG ilə Rusiyanın dəstəklədiyi Suriya prezidenti Bəşər Əsədlə anlaşma əldə edildiyinə işarə olaraq, "ABŞ haqqında əldə etdikləri bütün məlumatları Əsəd rejimi və Rusiya ilə paylaşma təhlükəsi ilə qarşı-qarşıya” ifadəsi də yer alır.
"Bu böyük riskdir...”
Xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon), SDG-nin ABŞ Xüsusi Təyinatlılarının taktikaları, prosedurları, təchizatı, kəşfiyyatın məlumat toplaması və hətta döyüş bölgəsində olan səlahiyyətlilərin adlarından ibarət olan uzun bir "sirr siyahısı”nın Əsəd rejimi və Rusiyaya verə biləcəyindən narahatlıqla bəhs edilir.
Təqaüdə çıxmış mayor Fred Galvin bildirib ki, bu kimi qruplaşmaların əldə etdiyi məlumatlar, döyüş taktikaları, texniki və digər gizli məlumatların yayılması "kritik əhəmiyyət” kəsb edir. O, qeyd edib ki, bu kimi məlumatların yayılmağı böyük riskdir.
Gizli adların olduğu böyük siyahı
YPG üzvlərinin əldə etdiyi ehtimal olunan siyahıda bütün sahələrdə çalışan ABŞ dövlət adamlarının ünvanları, vəzifələri, silah-sursat daşımalarına dair miqdar, hərbi mövqelər və postlar, YPG-yə gələn pulun miqdarı, pulun ödənildiyi və ya xərcləmək üçün səlahiyyət verilən şəxslərin adları, aldıqları maaşlar, xərclədikləri pul miqdarı və s. məlumatlar yer alır.
Siyahıda bundan başqa İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda istifadə edilən silahlar, hərbi cinayətə yol açan olaylar, YPG-nin müəyyən olunmuş əraziyə yayılma xəritəsi, SDG-yə çevrilməyində rol oynayan qrupların və konkret şəxslərin məlumatları, beynəlxalq aləmdə əməkdaşlıq edilən təhlükəsizlik, kəşfiyyat və media sahələrinə aid şəxslərin adları da yer alır. (Musavat.com)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol