• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış azərbaycanlı futbolçunun atasına hökm oxundu - arvadını öldürmüşdü - FOTO

Tanınmış azərbaycanlı futbolçunun atasına hökm oxundu - arvadını öldürmüşdü - FOTO
29.10.2019 16:37
Arvadını qətlə yetirdikdən sonra özünü öldürmək istəyən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Anews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. 

Əvvəllər məhkumluq həyatı yaşamış, Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. 
Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orada onun həyatını xilas etmək mümkün olub. 

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Zahid Novruzov özünü təqsirli bilməyib. Deyib ki, arvadını öldürmək niyyəti yoxdur.
Onun sözlərinə görə silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

Qeyd edək ki, mərhumun oğlu Ruslan Novruzov Azərbaycanda "Səbael", "Bakı" klublarının şərəfini qoruyub. Həmçinin Türkiyə klublarında da forma geyinib. Hazırda isə Moldovanın "Dinamo-Avto" klubunda karyerasını davam etdirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol