• $
  • €
  • ₽
  • ₺
  • £

Sərxoş halda tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı - RƏSMİ

Sərxoş halda tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı - RƏSMİ
29.10.2019 17:12
Gəncə şəhəri ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək 2 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Yeniavaz.com xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da saat 02 radələrində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi "Lada Piriora” markalı 99-HD-730 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abbasəli Tağıyevin idarə etdiyi 57-CA-446  dövlət qeydiyyat nişanlı "VAZ-2106” markalı avtomobil ilə toqquşması nəticəsində "Lada Piriora” markalı avtomobildə olan sərnişinlər - 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədovun hadisə yerində vəfat etmələri faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi  başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol