• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik etdi!

“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik etdi!
28.05.2020 17:33
İnformasiya texnologiyaları sahəsinin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran "Nar” mobil operatoru, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib. Belə ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan,  xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020 tədris ilində "Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd ayrılıb.
 
"Azerfon”un Baş İcraçı direktoru Qunnar Panke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək təhsillərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda gənc nəslin informasiya texnologiyaları sahəsinə marağının artması və karyeralarını bu yöndə qurmaları ölkədə ümumi ekosistemə, xüsusən də telekommunikasiya bazarının inkişafına öz müsbət təsirini göstərəcək. 
 
Xatırladaq ki, "Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanda təhsil alan tələbələr üçün təqaüd proqramı təşkil edir.
 
"Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb. "Nar”ın KSM layihələri barədə daha ətraflı məlumatı nar.az  səhifəsindən əldə edə bilərsiniz.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol