• $
  • €
  • ₽
  • ₺
  • £

Şou əhli ayağa qalxdı - Bu xəstəxananın bağlanılması tələb olunur

Şou əhli ayağa qalxdı - Bu xəstəxananın bağlanılması tələb olunur
31.10.2019 19:20
Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) Sabunçu xəstəxanasının həkim kollektivinin dəyişdirilməsini tələb edib. 
Anews.az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, oğlu ölən atanın fəryadını sosial şəbəkədə paylaşaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasını, orada çalışan həkimləri sərt tənqid edib:
"Mən bu videoya axıra qədər baxa bilmədim, ağladım! Allah Sabunçu xəstəxanasının rüşvətxor, şərəfsiz, insanlıqdan bixəbər nə qədər həkimi varsa, hamısının bəlasını versin! Başda Sabunçu olmaqla bir çox yerdə həkim yox, baytarlar insanların həyatı ilə oynayırlar! Hamısını işdən çıxartmaq lazımdır. Hamısını cavan həkimlərlə əvəzləmək lazımdır. Türkiyədə, Rusiyada təhsil almış, hətta Bakıda yaxşı oxuyan o qədər cavan həkimlərimiz var ki... Bu atanın yerinə çox pis oldum, göz yaşların yerdə qalmaz, ata, oğlunun ölümündə günahkar olanlar Allahın qəzəbinə gələr tezliklə! Bəzi həkimlər şərəfini də pula satarlar, səviyyəsizlər!"
İzləyicilərdən biri rəylərdə tanınmış idmançı Fərhad Poladovun da həmin xəstəxanada öldüyünü xatırladıb. Tolik isə reper Hüseyn Dəryanın da həmin yerdə dünyasını dəyişdiyini bildirib.
Tolikin harayına şou nümayəndələri də səs veriblər. Müğənni Mina Hüseyn, Əməkdar artist Lalə Məmmədova, aparıcı Zemfira Adıgözəlova, müğənni Günel Ələkbərova (Pişik Günel) da onun dediklərini təsdiqləyib və məyusluğunu bildirib. G. Ələkbərova nənəsinin həmin xəstəxanada vəfat etdiyini yazıb:


"Allah oradakı həkimlərin bəlasını versin. Ora diri girən adam ölü çıxır. Savadsızlar, mənim nənəmi də onlar öldürdü. Mən o vaxt bu barədə paylaşım etdim, amma əhəmiyyəti olmadı. Tolik, nə etsən sən edərsən. Yəqin,  Səhiyyə Nazirliyi bu dəfə biganə yanaşmaz və orada həkim adı ilə insanları öldürən qatillər barəsində bir tədbir görər. Mən o xəstəxanada gördüyümü görmüşdüm, ora morqdur. O "morq"a diri girən ölü çıxır. Allah bəlalarını versin tezliklə, elə Hüseyn Dəryanı da o savadsızlar öldürdü, amma nədənsə yaxınları susdu".
İzləyiciləri isə Tolikə dəstək verərək "morq" adlanan bu xəstəxananın, ümumiyyətlə, bağlanılmasını tələb ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol