• $
  • €
  • ₽
  • ₺
  • £

DİN təkzib etdi: “Arzu olunan həqiqət kimi qələmə verilib”

DİN təkzib etdi: “Arzu olunan həqiqət kimi qələmə verilib”
05.11.2019 15:55
Daxili İşlər Nazirliyi bəzi sosial şəbəkələrdə Milli Şuranın oktyabrın 19-da keçirməyə cəhd etdiyi son icazəsiz aksiyadan sonra 32 polis əməkdaşının işdən çıxmalarına dair ərizə yazmaları ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar əsasızdır və təxribat xarakterli dezinformasiyalardır.
Cari il oktyabrın 19-da radikal müxalifətin şəhərin mərkəzi hissəsində keçirməyə çalışdığı nə qanunsuz aksiyaya cəhddən əvvəl, nə də sonra respublika daxili işlər orqanlarının nəinki 32, heç bir əməkdaşı tutduğu vəzifədən azad olunmasına dair raportla rəhbərliyə müraciət etməyib, buna görə heç kim vəzifəsindən azad edilməyib.  

O.Mansurzadə qeyd edib ki, müəyyən maraqlı qüvvələr və şəxslər tərəfindən belə böhtan xarakterli məlumatların yayılması, arzu olunanın həqiqət kimi qələmə verilməsi cinayətkarlarla qətiyyətli mübarizə və ictimai asayişin təmini sahələrində üzərlərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirən polis əməkdaşlarını öz qanuni vəzifələrini yerinə yetirməkdən çəkindirməyə hesablanmış növbəti qara "PR”dır. 
Qeyd edək ki, sosial şəbəkələrdə Milli Şuranın oktyabrın 19-da keçirməyə cəhd etdiyi son icazəsiz aksiyadan sonra 32 polis əməkdaşının işdən çıxarılması ilə bağlı ərizə yazması barədə məlumatlar yayılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol