Kürdəmirdə ağır qəza - 3 yaralı

Kürdəmirdə "Kamaz" "Vaz-2106" ilə toqquşub.
Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlu idarə etdiyi "Vaz-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Ağsu rayon sakini Rüstəmov Famil Əjdər oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobilinə çırpılıb.
Faktla bağlı araşdırma aparılır
www.anews.az
























