• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq” gizlənqaç oynayarkən transformatorda yanan qızla bağlı məlumat yaydı

“Azərişıq” gizlənqaç oynayarkən transformatorda yanan qızla bağlı məlumat yaydı
06.11.2019 15:58
"Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə "Azərişıq” ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı əsassız məlumatlar yayılır:
"Bu, xoşagəlməz hadisə baş verdiyi gündən etibarən doqquz yaşlı Zəhranın vəziyyəti  rəhbərliyin diqqət mərkəzində olub:

Hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün "Azərişıq” əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib.

Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi, bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb”.

T. Mustafayev qeyd edib ki, bundan sonra da "Azərişıq” Zəhra Əliyevanın müalicəsi üçün lazım olan bütün zəruri tədbirləri görməkdə davam edəcək. Sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol