• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
06.11.2019 18:21
1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.
Anews.az xəbər verir ki, baku.ws-in sorğusuna cavab verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək. 
Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. 
Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).
Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar:
•18 yaşınadək şəxslər
•23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər
•Pensiyaçılar
•Sosial müavinət almaq hüququna malik olan şəxslər 
•Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri
•Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar
•Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar
Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol