• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dəhşətli qətl: Kişini öldürüb baqajda gizlətdilər - Qadına görə

Bakıda dəhşətli qətl: Kişini öldürüb baqajda gizlətdilər - Qadına görə
11.11.2019 14:05
Bakının Binəqədi rayonu ərazisində avtomobilin yük yerindən kişi meyiti aşkarlanıb. 

Anews.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 
Məlumdur ki, noyabrın 9-da saat 08:00 radələrində Sulutəpə qəsəbəsində "Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. 

Patoloqlar tərəfindən bədənin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar. 

İlkin ehtimallara görə, E.Abbasov öz inadkarlığının qurbanı olub. Kişi saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb. Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Ancaq E.Abbasov ona zəng etməyə davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb. 

Noyabrın 8-i gecə E.Abbasov görüşə gəlib. İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər. 
Qəsdən adam öldürmə faktı ilə cinayət işi başlanıb, istintaq davam edir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol