• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM

Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM
13.11.2019 11:55
Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə novbəti görüş keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, paytaxtın və Sabunçu rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

Əvvəlcə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Sakinlərin böyük fəallığı, yaradılan səmimi abu-hava şəraitində və ənənəvi  "Açıq mikrofon” formatında ilə keçən görüşdə çıxış edən qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda, Sabunçu qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və  ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Sakinlər qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır.

O, vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.

Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır.

Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, yeni liftlərin quraşdırılması, məhəllələrin əsaslı təmiri və s. məsələlərdən danışan Eldar Əzizov bildirib ki, "Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.

Maraqlı dialoq şəklində keçmiş görüşdə 30-dan çox sakin şıxış etmiş, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.

Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədə yeni uşaq bağçası və məktəb tikintisi, qəzalı binalarda yaşayanların yeni evlərə köçürülməsi və s. olub.

Bütün müraciət və təkliflər nəzarətə götürülüb. (baku.ws)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol