Bərdədə yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Bərdə rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
Belə ki, yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın çıxıb. Nəticədə üç nəfər Əzizova Aydə Bədir qızı, İsmayılova Şəlalə Oruc qızı və Yüsuzadə Əfsanə Xəyal qızı tüstüdən zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























