• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tərcüməçinin sualı dünya mətbuatında: "Beyl kimdir?"

Azərbaycanlı tərcüməçinin sualı dünya mətbuatında: "Beyl kimdir?"
16.11.2019 16:32
AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycan - Uels oyunu öncəsi qonaq komandanın mətbuat konfransı zamanı yaşanan biabırçılıq Britaniya mətbuatında da işıqlandırılıb.

Dünyaca məşhur "The Sun" nəşri də sözügedən hadisədən yazıb. "Rayan Giqqzə qəribə şəkildə verilən "Qaret Beyl kimdir" sualından sonra Uels Futbol Assosiasiyası mətbuat konfransı üçün yeni tərcüməçi tələb etdi" başlıqlı xəbərdə deyilir: "Bu sualdan sonra Giqqzin mətbuat konfransı korlandı. Yerli federasiya tərəfindən təyin olunan təcrübəsiz və az məlumatlı xanım tərcüməçi Beyli tanımadığı üçün tədbirdən kənarlaşdırıldı. Bundan başqa, tərcüməçinin Giqqzin səsləndirdiyi fikirləri yenidən onunla müzakirə etməsi də baş məşqçini məyus etdi".

"Besoccer.com" saytında gedən "Assosiasiya rəsmisi tərcüməçinin "Qaret Beyl kimdir" sualına qəzəbləndi" başlıqlı xəbərdə də mətbuat konfransındakı hadisəyə yer verilib: "Giqqzin mətbuat konfransında işlər elə də yaxşı getmədi. Tərcüməçi danışmağa başlayanda hamı təəccübləndi. Giqqz suallara çətinliklə cavab verirdi. Getdikcə hər şey daha da pisləşdi. Tərcüməçi Uelsin dünyaca tanınmış ulduzu haqda soruşdu və onsuz da qəzəbli olan Giqqzin qulağına "Qaret Beyl kimdir" deyə pıçıldadı. Bundan sonra UEFA nümayəndəsi təcüməçini dəyişməli oldu".

Qeyd edək ki, məşhur "Daily Mail" qəzeti də "The Sun"a istinadən bu xəbəri verib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol