• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər

Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər
17.11.2019 17:58
Bəzən yanlış olaraq düşünürlər ki, xərçəng xəstəliyi xəbər vermədən, qəfildən gəlir. 


Lakin mütəxəssislər bildirir ki, xərçəng ən azı 4-5 il öncədən bəzi siqnalları verir. Bunlara vaxtında önəm verməmək qiymətli zamanı əldən verir. Əgər şiş xəstəlikləri birinci mərhələdə aşkar olunarsa, sağalmaq və uzun yaşamaq mümkündür.


Qaynarinfo medicina.az-a istinadən xərçəngin 5 il öncədən gələcəyini təxmin edən həmin simptomları təqdim edir. Düzdür, bu əlamətlərin olması 100% onkologiyaya işarə deyil, amma yenə də ehtiyatlı olub, müayinələrdən keçmək lazımdır.


1.Bədəndəki xallarda dəyişiklik


İstənilən xalın, xüsusilə tünd rəngli qabarıq xalların rəngi, ölçüsü, formasının dəyişməsi bədxassəli prosesdən xəbər verə bilər. Dəri xərçəngi melanoma çox aqressivdir. 
Əgər xalın özü toxunduqda ağrıyırsa, ətrafı qızarırsa, şişkindirsə, onkoloq dermatoloqa müraciət edin.


2. İştahsızlıq, dadın hiss olunmaması


Qida qəbulu ilə bağlı istənilən dəyişiklik sizi narahat etməlidir. İştahın kəskin artması və ya azalması normal deyil. Arıqlamağınız, yemək istəməməyiniz sizi sevindirir ki, bədəniniz formaya düşür. Amma bu ciddi xəstəliyin və artıq pozulmaların siqnalı ola bilər.
 
Həddən artıq çox yemək də bir çox şiş xəstəliklərinin ilkin əlamətidir.
 
3.Gecəyarı oyanmalar


Qəribə olsa da gecəyarı qəfil oyanıb, bir neçə müddət yuxuya gedə bilməmək də qaraciyər, öd və bağırsaq şişlərinin 5 il öncədən siqnalı ola bilər. Əgər siz hər gün və ya tez-tez gecəyarı saat 2-3 arası, eyni vaxtda oyanırsızsa, kompleks müayinələr üçün əsas verir. 


4.Daimi yorğunluq, halsızlıq


Xoşagəlməz hallardan biridir. İnsana elə gəlir ki, yorğunluq altında əzilir, heç bir yeniliyə, iş görməyə əlləri qalxmır. Əslində bunlar tənbəlliklə əlaqəli olmaya bilər. Orqanizmdə ciddi problemlər var və bu yorğunluğun öz-özünə keçəcəyini gözləməyin. Heç olmasa bir terapevtə görünüb, sadə analizləri verin.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol