• $
  • €
  • ₽
  • ₺
  • £

İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq

İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq
18.11.2019 09:48
Son iki gün ərzində İranda aksiyaçıların polislə toqquşması nəticəsində 25-dək insan ölüb, 40 nəfər isə saxlanılıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanların əksəriyyəti Yəzd şəhərindəndir.
İran hökuməti isə etirazçılara qarşı tədbirləri sərtləşdirib. Ölkədə gözlənilmədən benzinin satışı məhdudlaşdırılıb. Bundan başqa, hakimiyyət aksiyaçılara güc tətbiq edəcəyini bildirib. "Nümayişlər bu şəkildə davam edərsə, asayişi qorumaq üçün lazımi addımları atmaq məcburiyyətində qalacağıq”, - deyə hökumətin bəyanatında deyilir.

"Mehr” agentliyinin məlumatına görə, Tehran, Kirmanşah, Hürrəmabad, Ahvaz, Şiraz, Yəzd, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Bəhbəhan, Kaimşəhr, Kazrun, İslamşəhr və Şəhriyan şəhərlərində etirazlar kütləvi xarakter daşıyır. Məktəblərdə dərslər dayandırılıb.

İran parlamenti benzinin qiymətinin etirazlara səbəb olan 50%-lik artımını müzakirə etmək üçün sabah növbədənkənar iclas keçirəcək. Prezident Həsən Ruhaninin də parlamentə gedəcəyi deyilir.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol