• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı jurnalistlər bu gün Yerevana gedir?

Azərbaycanlı jurnalistlər bu gün Yerevana gedir?
18.11.2019 12:49
Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist səfər etməli idi. Bu səfərə cavab olaraq noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun da Ermənistana gedəcəyi gözlənilir.

Noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya gələcəyi barədə xəbəri "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də təsdiqləmişdi. 
Lakin noyabrın 17-nə gözlənilən səfər barədə heç bir informasiya verilmədi.

Modern.az erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi, həmçinin, azərbaycanlı jurnalistlərin Ermənistana gedib-getmədiyi barədə məlumat öyrənməyə çalışıb.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ölkədə olmadığını bildirib:
"Erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi barədə məlumatım yoxdur. Heç özüm də ölkədə deyiləm”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələyə heç bir şərhinin olmadığını bir daha qeyd edib:
"Erməni jurnalistlərin Bakı səfəri barədə heç bir məlumatım yoxdur. Onların nə üçün gəlib-gəlmədiyinə də münasibət bildirə bilməyəcəm. Eləcə də, azərbaycanlı jurnalistlərin Ermənistana səfəri barədə məlumata malik deyiləm. Bu məsələyə hər hansı şərhim yoxdur”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə məsələyə münasibət bildirəcəyini deyib:
"Erməni jurnalistlərin qarşılıqlı səfəri barədə yaxın saatlarda cavabım olacaq”.

Qeyd edək ki, erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri və bir sıra görüşlər keçirəcəkləri bildirilir.
Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin "vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol