Bakıda iki "Mercedes" toqquşdu - ölənlər və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib.
Unikal.org-un məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1995-ci iltəvəllüdlü Kazımov Mirismayıl Davud oğlu idarə etdiyi "Mercedes" markalı 90 US 409 dövlət nömrə nişanlı avtomobillə qarşı yola çıxaraq həmin yolla hərəkətdə olan 1960-cı il təvəllüdlü Abdullayev İsmayıl Aliqulu oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZD 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
www.anews.az
























