• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI

Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI
22.11.2019 12:01
Xəbər verdiyimiz kimi, noyabr ayının 13-də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi qiymətli kişi və qadın qol saatlarının alınması ilə bağlı kotirovka sorğusu elan etmişdi.

Yeniavaz.com xəbər verir ki, bu gün kotirovka sorğusu qalibi olan şirkətin adı açıqlanıb.
Ümumi dəyəri 49 min 725 manat olan və üzərində Ədliyyə Nazirliyinin  emblemi həkk olunmuş kişi və qadın qol saatlarını nazirliyə VMF şirkəti (VÖEN - 1400354161) satacaq.

Məlumat üçün bildirək ki, VMF şirkəti 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 220 manat təşkil edir. Şirkətin rəsmi veb-səhifəsindən qeyd olunur ki, VMF-in yaradılması ANS Şirkətlər Qrupunun qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır.

Onu da bildirək ki, Kotirovka sorğusu nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilib. Elanda qeyd olunurdu ki, 22 noyabr Ədliyyə işçilərin peşə bayramı münasibətilə əməkdaşlara ədliyyə emblemi həkk olunmuş qiymətli kişi və qadın qol saatının alınması kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol