• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi Bibiheybətdəki sürüşmənin əsas səbəbini açıqladı

Nazirlik rəsmisi Bibiheybətdəki sürüşmənin əsas səbəbini açıqladı
28.05.2020 21:49
Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır. 
Oxu.Az xəbər verir ki, bunu sürüşmə ərazisində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin rəisi Əziz Qaralov deyib. 
O bildirib ki, 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yatağında sürüşmə baş vermişdi:

"Bu sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək mümkün olmasa da, xatırladım ki, oktyabr ayında Badamdar ərazisində sürüşmə baş verib. Dünən axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə olub. Təxminən yolun 80-100 metrlik hissəsi uçub.

Prosesə insan amili səbəb olub. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Daima yamac tərəfdə intensivlik olur. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir və yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur.

Atmosfer çöküntülərinin intensiv olması ilə əlaqədar olaraq torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə yenidən baş verib”.

Xatırladaq ki, dünən gecə saatlarında Bibiheybət məscidindən şəhər istiqamətinə gedən yolda sürüşmə baş verib. Yolun hərəkət zolağından biri tamamilə çöküb. Mövcud vəziyyətə görə, həmin yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Nəqliyyat vasitələrinin hərəkəti köhnə yolla 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol