• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbiristanlıqdakı dəhşətli qətlin təfərrüatı

Qəbiristanlıqdakı dəhşətli qətlin təfərrüatı
25.11.2019 15:17
Ceyranbatan qəbiristanlığında bacısını vəhşicəsinə qətlə yetirən 23 yaşlı Babək Fərzəliyev ilkin istintaqda özü və 20 yaşlı Aytən Fərzəliyeva arasında münaqişə barədə ifadə verib.

Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verir.
Qeyd edilir ki, B.Fərzəliyev bu yaxınlarda ordudan demobilizasiya olunubmuş.Saxlanılan şəxs bildirib ki, Abşeron rayonunda onun bacısının əxlaqsız həyat tərzi sürdüyü barədə söhbətlər gəzib. Bununla bağlı olaraq o, bacısından kişilərlə təsadüfi münasibətləri dayandırmasını istəyib. Buna cavab olaraq A.Fərzəliyeva necə yaşayacağı barədə özünün qərar verəcəyini deyib.
Noyabrın 24-də B.Fərzəliyev yenidən bacısı ilə telefon əlaqəsi saxlayıb və ondan anaları Kifayət Fərzəliyevanın məzarını ziyarət etmək üçün Ceyranbatan qəbiristanlığına gəlməsini istəyib.

Burada onlar arasında münaqişə yaşanıb, nəticədə, B.Fərzəliyev kiçik bacısının boğazını kəsib, sonra isə Bakı şəhərinin Yasamal rayonu 29-cu Polis Bölməsinə gələrək təqsirini etiraf edib.

Qeyd edək ki, qurbanın körpə uşağı qalıb.
Onu da vurğulayaq ki, faciəvi ölüm əslən Laçın rayonundan olan Fərzəliyevlər ailəsinin bütün qadınlarının başına gəlib.
2014-cü ilin avqust ayında elə Yasamal rayonunun 29-cu Polis Bölməsinin ərazisində - Yeni Yasamal qəsəbəsində 46 yaşlı Kifayət Fərzəliyeva və onun 17 yaşlı qızı Yeganə Fərzəliyeva doqquz mərbəli binanın sonuncu mərtəbəsindən özlərini atmışdılar. 

Buna görə, K.Fərzəliyevanın ərinə qarşı AR CK-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. O, dörd il müddətinə azadlıqdan məhrum edilib.

Məcburi köçkün ailəsi Ceyranbatan qəsəbəsində texniki peşə məktəbinin binasında yaşayırdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol