• $
  • €
  • ₽
  • ₺
  • £

Yüksək vəzifəli şəxsin oğlu həbs edilib

Yüksək vəzifəli şəxsin oğlu həbs edilib
25.11.2019 18:29
Bakı Dövlət Universitetinin (BDU) Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Alış Qasımovun daxili işlər orqanlarında çalışan oğlu Azər Qasımov həbs edilib.

Anews.az  APA-ya istinadən xəbər verir ki, A. Qasımov Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.  

A. Qasımov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Əli Məmmədovun icraatında araşdırılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, A. Qasımov polis zabitidir və Bakıda sahə müvəkkili vəzifəsində çalışıb. O, işdə yol verdiyi nöqsanlara görə polis orqanlarından xaric edilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili A. Qasımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə onu təmin etməyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol