• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyaya çıxmaq üçün yaş həddi haqqında xəbər var

Pensiyaya çıxmaq üçün yaş həddi haqqında xəbər var
27.11.2019 08:30
"Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir”, bunu  deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: "Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik”.

Deputat həmçinin "uşaq pulu” verilməsi məsələsini yenidən qaldırıb. O bildirib ki, onlar "uşaq pulu” ilə böyüyən nəsildir: "Uşaq pulunu ödəyə bilmirik deməyi doğru hesab etmirəm. Biz demirik ki, 18 yaşına kimi vermək lazımdır. Ancaq birbaşa "uşaq pulu” vermirik demək düzgün deyil. Sosial Müdafiə Nazirliyi bununla bağlı müəyyən təkliflərlə çıxış etməlidir”.
V. Əhmədov həmçinin Dost Mərkəzlərinin yaradılmasını sorğulayıb. O qeyd edib ki, ölkədə çox ciddi "Dost Mərkəzləri” yaradılır: "Əgər Azərbaycanda elektron hökumət sisteminə keçilirsə, niyə əlavə mərkəzlərin yaradılmasına gedirik? Yerlərdə nazirliyin fondları, məşğulluq mərkəzləri var. Əlavə mərkəzlərin yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılması nə qədər məqsədəuyğundur?!”- o deyə vurğulayıb.
 
(qafqazinfo)


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol